NEVRO LAB

Daxili sakitliyin sirri

 sakitləşdirici bitki çayı

GMP şərtlərinə uyğun istehsal edilmişdir.
GMP, İSO 22000-2018 və İSO 9001-2015 sertifikatlarına layiq görülmüşdür.

Tərkibi: 1 filtr –bağlamada

Passiflora, Pişikotu kökü , Damotu otu, Melissa otu , Çobanyastığı çiçəkləri.

Xüsusiyyətləri: 

Nevro-Lab çay sakitləşdirici, spazmolitik, qıcolma əleyhinə, qusma əleyhinə və kardiotonik təsir göstərir. MSS-nin oyanıqlığını azaldır, yuxuya getmə müddətini qısaldır və yuxunun keyfiyyətini, əhval-ruhiyyəni yaxşılaşdırır.Ürək fəaliyyətinə müsbət təsir göstərir. Damar tonusunu normallaşdırır, ürək vurğularını tənzimləyir və arterial təzyiqi normallaşdırır. MBT-na spazmolitik təsir göstərərək spastik ağrıları aradan qaldırır.

Kateqoriyası: ÇAYLAR

Göstərişləri:  
Nevroz, nevrasteniya, psixoemosional gərginlik, ruh düşkünlüyü, yuxu pozğunluğu,
əsəbilik və həyəcan hissi; 
Kardionevroz; 
Ürək-damar sisteminin xəstəliklərinin müalicəsi və profilaktikası (arterial hipertoniya, ürəyin işemik xəstəlikləri ); 
Menopauza (klimaks) dövründə əmələ gələn sıxıntı və gərginlik halları; 
Mədə və onikibarmaq bağırsağın əsəb pozğunluğu fonunda yaranan xəstəliklərinin kompleks müalicəsi. 

Əks göstərişləri: Çayın komponentlərinə qarşı yüksək həssaslıq.

İstifadə qaydası: 
12 yaşdan yuxarı və böyüklər: 1 filtr-bağlama üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 10 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 1-2 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
Yuxusuzluqda 1 filtr-bağlama 200 ml (1 stəkan) qaynar suda 15 dəq. dəmlənir, yatmazdan 1 saat əvvəl daxilə qəbul edilir.

Buraxılış forması: №20 filtr-bağlama.