MUKOSİSTEİN baby
Mukolitik effektə malikdir.
Çox qısa müddətdə təsir göstərir.
Quru və yaş öskürək əleyhinə təsir göstərir.
Tərkibi: (hər 10 ml şərbətin tərkibində)
Kəklikotunun duru ekst. - 2,5 ml
Gülxətmi kökününü duru ekst. - 2,5 ml
Vitamin A - 240 mkq
Vitamin C - 12 mq
Propolis ekst. - 210 mq
Farmakoterapevtik qrupu: öskürək əleyhinə və mukolitik xüsusiyyətə malik preparat.
Farmakoloji xüsusiyyətləri:
Kəklikotunun duru ekst. - Tərkibi vitamin C, B6, B1, A, K, niasin və mineral kompleksi (Mg, Fe, Ca, Cu, K, Mn, Zn, Se) ilə zəngindir. Bu tərkib komponentləri kəklikotu bitkisinə antiseptik, mikrob əleyhinə, virus əleyhinə təsir effekti verərək infeksiya ilə mübarizədə yardım edir. Bronxit, pnevmoniya, göy-öskürək zamanı bronxial sekretin rahatlıqla xaric olmasında yüksək kliniki effektivlik əldə edərək təyin olunur.
Gülxətmi kökünün duru ekstraktı – bitkisinin tərkib komponentləri öskürək əleyhinə, iltihab əleyhinə, regenerasiya edici (tənəffüs yollarında olan zədələnmiş selikli qişalara bərpaedici təsir göstərir) və bəlğəmgətirici təsir göstərir.
Vitamin A – virusla mübarizədə olan immuniteti artırır, selikli qişada ifraz olunan interferon sintezini stimulə edir.
Vitamin C – immuniteti möhkəmləndirir, damar keçiriciliyini azaldır, bəlğəmin formalaşmasının qarşısını alır.
Propolis ekstr. – antibakterial və antifunqal təsirlərə malikdir. Tənəffüs yollarının selikli qişasına adgeziya olmuş infeksiyanı (bakteriya və ya virus) təmizləyərək selikli qişanı qoruyur, iltihabı aradan qaldırır və regenerasiyasını sürətləndirir.
GÖSTƏRİŞLƏRİ:
Yuxarı və aşağı tənəffüs yollarının öskürək simptomu ilə müşahidə olunan kəskin və xroniki infeksion iltihabi xəstəlikləri:
• obstruktiv bronxit, brоnхiаl аstmа, brоnхоекtаziyа, bronxiolit, mukovissidoz;
• lаringit, larinqo-traxeit,
• sinusitlər, rinit, otit;
• pnevmoniyanın kompleks müalicəsi zamanı;