MUKOSİSTEİN BABY

 

  • GMP şərtlərinə uyğun istehsal edilməsi
  • Yaxşı dad və aromalı olması
  • Məhsul GMP və ISO 22000-2018 və İSO 9001-2015 standartlarına uyğun istehsal edilmişdir.
Kateqoriyası: PREPARATLAR
TƏRKİBİ:
Kəklikotu otunun duru ekstraktı (Thymus vulgaris herb liquid extract) – 2,5ml
Gülxətmi kökünün duru ekstraktı (Althaea officinalis root liquid extract) -2,5 ml
Vitamin A (as Retinol acetate ) - 240 mkq
Vitamin C (as L-ascorbic acid ) - 12 mq
Propolis ekstraktı (Propolis extract)  - 210 mq

Xüsusiyyətləri:
MUKOSISTEIN  BABY - Şərbətin tərkibindəki bitgilər bioloji aktiv maddələrlə zəngindir. Bu bioloji aktiv maddələrin hesabına şərbət yuxarı tənəffüs yollarının selikli qişasının sekretor qabiliyyətini artırır, bəlğəmin konsistensiyasını yumşaldır. Eyni zamanda bronx və traxeyanın kirpikli epitelinin hərəki aktivliyini artıraraq bəlğəmin xaric olunmasını sürətləndirir. Şərbətin tərkibində olan Propolis əsasən immuniteti artıraraq, virus əleyhinə orqanizmanın  müqavimətini artıraraq virusəleyhinə dahada yaxşı təsir göstərir. Beləliklə Mukosistein  baby daha da seçici effekt göstəriri. Həmçinin iltihab əleyhinə antiseptik, spazmolitik və öskürək əleyhinə təsir göstərir, interferon sintezini və orqanizmin ümumi müqavimətini artırır.
 
 
İstifadəsinə göstərişlər:
Bəlğəmin ifrazını yaxşılaşdıran və öskürəyi yüngülləşdirən vasitə kimi tövsiyə olunan BFMQƏ
Əks göstərişləri:
Şərbətin tərkibidəki hər hansı komponentə qarşı fərdi həssaslıq. 
Şəkərli diabet xəstəliyi olanların həkim məsləhəti ilə qəbul etməsi tövsiyə olunur. 
 
İstifadə qaydası və dozalanması:
1-3 yaş uşaqlara – 2,5 ml -  gündə 2-3 dəfə yeməkdən 30 dəqiqə sonra
3-6  yaş uşaqlara – 10 ml gündə 3 dəfə yeməkdən 30 dəqiqə sonra
6 yaşdan yuxarı uşaqlar və böyüklər -15 ml gündə 3-4 dəfə yeməkdən 30 dəqiqə sonra
Qəbul olunan sutkalıq dozanı həkim individual olaraq dəyişdirə bilər.
 
Buraxılış forması: Flakonda 100 ml şərbət içlik vərəqəsi ilə birgə karton qutuda qablaşdırılmışdır.
 
DƏRMAN VASİTƏSİ DEYİLDİR. BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİDİR.