FERROLAB
Tərkibi: (hər 10 ml tərkibində)
Çuğundurun qatılaşdırılmış şirəsi, 65% pektin təşkil edir - 800 mq
Dəmir biqlisinat - 10 mq
Vitamin C - 100 mq
Vitamin B6 - 3 mq
Vitamin B9 (Fol turş.) - 300 mkq
Vitamin B12 - 4,5 mkq
Farmakoterapevtik qrupu: dəmir və fol turşu mübadiləsini tənzimləyən antianemik xüsusiyyətə malik kompleks mineral əlavələri.
Farmakoloji xüsusiyyətləri:
Çuğundurun qatılaşdırılmış şirəsi – təbii tərkiblidir. MBT-dan asanlıqla sorulur. Eritropoez üçün lazım olan bütün komponentlərlə zəngindir (dəmir,for turşusu, B12 vitamin və s.)
Dəmir biqlisinat – orqanizmdə hemoqlobinin əsas tərkib komponenti olub, orqanizmdə yaranmış dəmir defisitini aradan qaldırır. Biqlisinat tərkib yeni nəsil birləşmə sayılır – dəmir bə amin turşu kompleksidir. Üstünlüyü daha az toksikliyin olması, yüksək biomənimsənilmənin olması, birləşmənin parçalanması zamanı elementar dəmirin daha çox miqdarda ayrılıb mənimsənilməsidir. Xelat forma adlanan bu birləşmənin kiçik molekulyat kütləyə malik olması onun maksimal mənimsənilməsini təmin edir. Digər üstünlüyü mənimsənilən zaman hüceyrənin ion və mineral balansını pozmamasıdır.
Vitamin C – dəmirin MBT-dan sorulmasını təmin edir və sürətləndirir. İştahanı artırır. Metabolizmi normallaşdırır və oksidləşmə-bərpa reaksiyalarında iştirak edir.
B6 vitamini – neyroprotektor təsir göstərər və eritropoezin normal inkişafını təmin edir.
B12 və B9 (fol turşusu) – eritropoezi stimulə edir. Sümük iliyinin sütün hüceyrələrinin bölünməsində iştirak edərək, qırmızı qan hüceyrələrinin (eritrositlərin) formalaşmasında (tam yetişməsində) iştirak edir. Çatışmazlığı zamanı meqaloblastik anemiyaya səbəb olur.
GÖSTƏRİŞLƏRİ:
· Müxtəlif mənşəli anemiyalar (dəmir, fol turşu, B12 vitamin çatışmazılğı nəticəsində yaranan anemiyalar)
· Dəmirə olan təlabatın artdığı dövr (yeniyetməlik yaş dövrü, keçirilmiş infeksion xəstəlikdən sonra bərpa dövrü, məhdud və balanslaşdırırlmamış qidalarla qidalanan zaman, uşaqlarda olan monoton qidalanmalar və s. zamanı)
· Qurd invaziyaları zamanı (uzun sürən helmintozlar zaman)
· Xroniki mədə-bağırsaq sisteminin xəstəlikləri zamanı
· Kəskin və xroniki qanitirmələr (yuvenil aybaşı, kron xəstəliyi, xoralı kolit və s.)