Ginkon

Tərkibi: 1 filtr –bağlamada 
Gosha jinki-Gan, Gicitkən yarpağı, Rozmarin yarpağı, Gülümbahar çiçəyi, Çobanyastığı, Qızılçətir otu
Xüsusiyyətləri:  
Antibakterial, antiseptik, iltihabəlehinə, ağrıkəsici, spazmolitik, sidikqovucu, qankəsici, dezinfeksiyaedici təsir göstərir.
Yumurtalıq, uşaqlıq və borularda iltihabi aradan qaldırır.
Pelvis(çanaq) nahiyəsində qan dövranını yaxşılaşdırır. 
Uterus (uşaqlıq) və şiddətli aybaşı qanamasını azaldır. 
Uşaqlıq tonusunu və menstruasiya zamanı ağrıları azaldır.
Endokrin vəzilərin  funksiyasını tənzimləyir, progesteron sintezini stimulə edir, müntəzəm menstrual tsikli bərpa edir.
Estradiol sintezini  artırır, erkən menopauzanın qarşısını alır. 
Klimakterik  əlamətləri ( istilikbasma, ürəkdöyunmə) yüngülləşdirir. 
Hormonal dalğalarla əlaqəli əhval deyişikliyi, əsəbilik,  narahatlıq, həyacam hissi kimi simptomları aradan qaldırır.
Dizurik əlamətləri (ağrı, yanma, ğöynəmə hissi ilə sidik ifazı) aradan qaldırır. Böyrək daşlarının ərınməsini təmin edir, yenidən əmələ gəlməsini əngəlləyir. 
DNT molekullarını sərbəst radikalların zədələyici təsirindən qoruyur, onkoloji xəstəliklərin yaranma riskini azaldır.
Atipik hüceyrələrin proliferativ aktivliyini tormozlayır (fibromioma, yumurtalıq kistaları, süd vəzilərində bərkimə və şişlər). Süd vəzində bərkimənin ölçüsünü kiçildir, mastopatiyanın inkişafını ləngidir.
Genital orqanların iltihabi xəstəliklərinin( vulvovaginit, kolpit, servisit) yerli müalicəsi zamanı: 
Bakterisid, antiprotozoy, funqisid təsir göstərir. İltihabi prosesləri aradan qaldırır. Qaşınma yanma və göynəmə hissini azaldır. Epitetelizasiya və qranulyasiyanı stimulə edir.
Gosha Jinki –Gan (GJG) - Çin təbabətində məhşur və sidik kisəsinin fəaliyyətini tənzimləmək məqsədi ilə ən geniş tətbiq edilən bitkidir. Yapon tətqiqatçıları bu bitkini 8 həftə ərzində hər gün qəbul edən insanların daha az tualetə getdiklərini aşkar etdilər.
Sidik qaçirma/sidik saxlamama zamanı:
Sidik kisəsinin yığılmalarının sayını azaldır 
Sidik ifrazına imperativ çagırışları azaldır 
Sidik ifrazını tezləşməsini aradan qaldırır 
Sidik qaçirmanın qarşısını alır 
Əks göstərişləri: Məhsulun komponentlərinə qarşı yüksək həssaslıq. 
İstifadə qaydası: 
1 filtr-bağlama üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəqiqə dəmlənir, otaq temperaturunda soyudulur. 
Gündə 2-3 dəfə, hər dəfə 100-200 ml (1 stəkan) yeməkdən əvvəl və ya 2 saat sonra,                    3-5 həftə ərzində daxilə qəbul edilir.
 HSKvə  inkontinans (sidik qacırma) zamanı Gündə 1 dəfə, 200 ml (1 stəkan) 6-8 həftə ərzində daxilə qəbul edilir. 
Ginkon çayının dəmləməsi xarici cinsiyyət üzvlərinin xəstəliklərində şirinqa şəkilində istifadə olunur.
 Buraxılış forması: №20 filtr-bağlama.

UROMAX

Tərkibi:  1 filtr –bağlamada 
Gülümbahar,  Qatırquyruğu, Ayıqulağı, İtburnu, Quşüzümü,  Çobanyastığı, 

Xüsusiyyətləri: 
Yumaqcıq filtrasiyasını gücləndirir, Na+ və az dərəcədə K+ xaric olmasını sürətləndirir
Böyrək və sidik axarı daşların əmələ gəlməsinin qarşısını alır
Spazmolitik, sidikqovucu təsir göstərir

Göstərişləri:
Urogenital yollarının iltihabi xəstəliklərinin müalicə və profilaktikasi
Sidik kisəsinin və böyrəklərin xroniki infeksion xəstəlikləri (sistit, uretrit, pielonefrit)
Böyrəklərin qeyri-infeksion xroniki iltihabi xəstəlikləri
Böyrəkdaşı xəstəliyi
Diabetik nefropatiya

Əks göstərişləri: Çayın komponentlərinə qarşı yüksək həssaslıq. 

İstifadə qaydası: 
6-12 yaş: 1 filtr-bağlama üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 10 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən sonra ilıq şəkildə,

12 yaşdan yuxarı və böyüklər: 1 filtr-bağlama üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 10 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2-3 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən sonra ilıq şəkildə, saat 19.00-a qədər daxilə qəbul edilir.
Müalicə kursu 2-3 həftədir. 

Buraxılış forması: №20 filtr-bağlama.

NEFROMİKS

Tərkibi:  Qatırquyruğu otu (Equisetum arvense), Ayıqulağı yarpağı (Arctostaphylos uva-ursi), İtburnu meyvəsi (Rosa canina), Quşüzümü meyvəsi (Cranberry) , Çobanyastığı çiçəyi (Matricaria chamomilla), Dərman gülümbaharı (Calendula officinalis)
Xüsusiyyətləri:

İltihab əleyhinə, uroseptik, və antibakterial təsir edir
Sidiyin ph mühitini qələviləşdirir, sidik turşusunu və kalsium duzlarının həll olunmasını artırır.
Hipoazotemik(azotlu birləşmələrin(sidik cövhəri, kreatinin və sidik turşusu) klirensini artırır)
Göstərişləri: sistit, uretrit, pielonefrit, böyrəkdaşı xəstəliyi, diabetik nefropatiya, uroloji əməliyyatlardan sonraki dövr, sidik kisəsinin kateterizasiyasından sonra, hamiləliyin 2 yarısının hestozu (periferik ödemlər, nefropatiya)
Əks göstərişləri: Məhsulun komponentlərinə qarşı yüksək həssaslıq. Kəskin qlomerulonefrit və kəskin böyrək çatışmazlığı.
İstifadə qaydası:
6-12 yaş: 1 filtr-bağlama üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 10 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən sonra ilıq şəkildə,
12 yaşdan yuxarı və böyüklər: 1 filtr-bağlama üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 10 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2-3 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən sonra ilıq şəkildə, saat 19.00-a qədər daxilə qəbul edilir.
Müalicə kursu 2-3 həftədir.
Buraxılış forması: №20 filtr-bağlama.

NEVRO LAB

Tərkibi: 1 filtr –bağlamada
Passiflora, Pişikotu kökü , Damotu otu, Melissa otu , Çobanyastığı çiçəkləri. 

Xüsusiyyətləri: 
Nevro-Lab çay sakitləşdirici, spazmolitik, qıcolma əleyhinə, qusma əleyhinə və kardiotonik təsir göstərir. MSS-nin oyanıqlığını azaldır, yuxuya getmə müddətini qısaldır və yuxunun keyfiyyətini, əhval-ruhiyyəni yaxşılaşdırır.Ürək fəaliyyətinə müsbət təsir göstərir. Damar tonusunu normallaşdırır, ürək vurğularını tənzimləyir və arterial təzyiqi normallaşdırır. MBT-na spazmolitik təsir göstərərək spastik ağrıları aradan qaldırır. 

Göstərişləri:  
Nevroz, nevrasteniya, psixoemosional gərginlik, ruh düşkünlüyü, yuxu pozğunluğu,
əsəbilik və həyəcan hissi; 
Kardionevroz; 
Ürək-damar sisteminin xəstəliklərinin müalicəsi və profilaktikası (arterial hipertoniya, ürəyin işemik xəstəlikləri ); 
Menopauza (klimaks) dövründə əmələ gələn sıxıntı və gərginlik halları; 
Mədə və onikibarmaq bağırsağın əsəb pozğunluğu fonunda yaranan xəstəliklərinin kompleks müalicəsi. 

Əks göstərişləri: Çayın komponentlərinə qarşı yüksək həssaslıq.

İstifadə qaydası: 
12 yaşdan yuxarı və böyüklər: 1 filtr-bağlama üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 10 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 1-2 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
Yuxusuzluqda 1 filtr-bağlama 200 ml (1 stəkan) qaynar suda 15 dəq. dəmlənir, yatmazdan 1 saat əvvəl daxilə qəbul edilir.

Buraxılış forması: №20 filtr-bağlama.

DIOMAR

Diomar
Tərkibi: Gurmar (Gymnema sylvestre), Darçın qabığı (Cinnamomum zeylanicum), Lobya qını (Phaseoli fructus sine semine), Qaragilə zoğu (Vaccinium myrtillus branches),  Zeytun yarpağı (Folium Olivarum), Goji berry (Lycium barbarum berries)
Xüsusiyyətləri:
FitoLabın yeni məhsulu  DioMar cayı , Gurmar, lobya qını, goji berry, qaragilə zoğu, darçin, zeytun yarpağin özündə birləşdirən tam təbii tərkibi ilə: 
Mədəaltı vəzdə insulin sintezini artırır;
Qanda qlükoza səviyyəsini tənzimləyir; 
İnsulin rezistentliyini azaldaraq metabolizmi sürətləndirir; 
Yağların mübadiləsinə müsbət təsir edir; 
Qanda xolesterolun səviyyəsini azaldır; 
Damarların elastikliyini artırır; 
Qan dövranını yaxşılaşdırır;

Əsrin ən aktual xəstəliklərindən olan : I tip şəkərli diabet və II tip şəkərli diabet, insulinə qarşı rezistentlikpiyləlmənin  kompleks müalicəsi və profilaktikasında istifadə edilir. 

DioMar çayının tərkibində Gurmar (Gymnema) "şəkəri məhv edən" kimi tanınan bitki vardır. Bu Azərbaycanda bir yenilikdir. Gurmarın tərkibindəki gimnemik turşusu şirini istəyini azaldır, dad tumurcuqlarındaki şekər reseptorlarını blokada edir, toxluq hissi verir, xolesterin sintezini azaldır, metabolizmini gücləndirir çəkini salınmasına kömək edir. Saponin və alternozid  natrium duzu hesabına Gurmar şirni əlehinə təsirə malikdir 

Əks göstərişləri: Məhsulun komponentlərinə qarşı yüksək həssaslıq.

İstifadә qaydası: 1 filtr-bağlama üzәrinә 200 ml (1 stәkan) qaynar su tökülür, 10 dәq. dәmlәnir, otaq temperaturunda soyudulur. Gündә -2-3 dәfә, hәr dәfә 200 ml (1 stәkan) yemәkdәn әvvәl ilıq şәkildә daxilә qәbul edilir.
Müalicə kursu 2-3 həftədir. Buraxılış forması: №20 filtr-bağlama.

PROSTAMİKS

Tərkibi- 1 filtr-bağlamada:  
Cırtdan palması (Saw palmetto),  Quşüzümü meyvəsi (Cranberry),  Ayıqulağı yarpağı (Arctostaphylos uva-ursi), Bataqlıq qurucasının otu (Gnaphalium uliginosum), Çöl qatırquyruğu otu (Equisetum arvense), Gicitkən yarpağı ( Urtica) Xüsusiyyətləri:  
PROSTAMİKS -antiandrogen , iltihab əleyhinə, antibakterial, antiseptik, spazmolitik, sidikqovucu təsir göstərir.
Prostamiks aşağıdakı simptomları aradan qaldırır:
Cinsi həyatın pozulması, fasiləli sidik ifrazını, sidik ifrazı zamanı ağrını, sidik ifrazınınnın tezləşməsini (gecə), sidik axınının zəifləməsini, natamam sidik ifrazı hissini
Göstərişləri:
Kəskin və xroniki prostatitlərin müalicəsi və profilaktikası
Prostat vəzi adenomasının müalicəsi və profilaktikası 
Xroniki prostatit zamanı dizurik əlamətlər
Protensiyanı artırmaq məqsədilə
Əks göstəriş: Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.
İstifadə qaydası: 18 yaş üzəri bir filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2-3 dəfə, hər dəfə 100 ml (1/2 vəya 1 stəkan) yeməkdən bir saat sonra daxilə qəbul edilir.
Müalicə kursu 60  gündür. 
Buraxılış forması: 20 filtr-bağlama.

TRİBUMİKS

Tərkibi: 1 filtr –bağlamada 
Tribulus, Cırtdan palması, Epimedium, Çin Jenşeni ,Ginkgo biloba, Keçibuynuzu 

Xüsusiyyətləri:  
Təbii afrodiziakdır (cinsi həvəsi gücləndirir, potensiyanı və ereksiyanın sıxlığını artırır 
Spermatogenezi yaxşilaşdırır (testosteron sintezini stimulə edir). 
Spermanın keyfiyyətini, cinsi hüceyrələrin həyat qabiliyyətini və potensiyanı artırır 
Рrostat vəzin və kiçik çanaqda qanla təchizatını və innervasiyasını yaxşılaşdırır. 
Рrostat vəzin kapsulunun keçiriciliyini artırır və cinsi orqanların mikrosirkulyasiyanı sürətləndirir. Prostat vəzin ölcülərini azaldır (testosteronu dihidrotestosterona çevrilməsini inhibə edir) 
Antibakterial,  iltihab əlehinə, ağrıkəsici, antioksidant, tonusorlandırıcı, immunomodulyator  təsir göstərir 
Tribulus (yatağan dəmirtikanı) – tərkibi steroid saponinlər, xüsusən protodiossin ilə zəngindir. Protodiossin orqanizmdə dehidroepiandrosterona çevrilərək hüceyrə membranlarının keçiriciliyini  və erektil funksiyanı yaxşılaşdırır. Müalicə müddətində protodiossin beyində lüteinləşdirici hormonun sintezini artıraraq, testosteronun sintezini aktivləşdirir. Testosteron - androgen qrupundan olub, kişi cinsiyyət hormonudur. Sağlamlıq, enerji, libido, cinsi güc, immun sistemi və digər amillər ilə sıx bağlı olan bu hormon həm kişilər, həm də qadınlar üçün çox  vacibdir. Bundan başqa Tribulus terrestis baş beyində androgen reseptorları aktivləşdirərək libidonu və cinsi aktivliyi stimulə edir.

Əks göstəriş: Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

İstifadə qaydası:  bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. 
Gündə 2-3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən  1 saat sonra  daxilə qəbul edilir.

 Müalicə müddəti  90 gündür.

Buraxılış forması: 20 filtr-bağlama.

DR.FORM

DR FORM
Tərkibi: Teff toxumu (eragrostis tef), Quinoa (Chenopodium quinoa), Yaşıl çay (Green Tea), Zeytun yarpağı (Folium Olivarum), Exinaseya otu (Exinaceae), Düyü qabığı (Oryza sativa),  Goji berry (Lycium barbarum berries), Steviya yarpağı (Stevia folium)
Xüsusiyyətləri:  Orqanizmi şlaklardan təmizləyir, Tərkibindəki Exinaseya imuniteti artırır, maddələr mübadiləsini sürətləndirir, mədə-bağırsaq sistemini, qaraciyəri və öd yollarını, qanı və limfatik sistemi toksinlərdən və sərbəst radikallardan təmizləyir, bağırsaqların fəaliyyətini normallaşdırır, orqanizmdə yağların parçalanmasını aktivləşdirir və toplanmasının qarşısını alır. Sidik qovucu, öd qovucu, tonuslandırıcı təsir göstərir. İştahanı tənzimləyir, həzmi yaxşılaşdırır, orqanizmin çəkisinin azalmasına kömək edir. 
İstifadə qaydası: bir filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir və soyudulur. Hər gün səhər yeməkdən əvvəl 200 ml (1 stəkan) daxilə qəbul olunur.
Buraxılış forması: 20 filtr-bağlama.

KOLİRELAX

Tərkibi: 1 filtr –bağlamada 
No1 - Çobanyastığı çiçəyi, Razyana toxumu, Şüyüd toxumu, Solmazçiçəyi çiçəyi. 
No2- Razyana toxumu, İstiotlu nanə yarpaqları, Boymadərən otu, Melissa otu. 
Xüsusiyyətləri:  
No1 çayın xüsusiyyətləri:
·          Bağırsaqların normal fəaliyyətini təmin edir.
·          Antiseptik, iltihab əleyhinə, spazmolitik və köp əleyhinə təsir göstərir
·          Toksiki maddələri orqanizmdən xaric edir, qana sorulmasının qarşısını alır
·          Təhlükəsizdir, asılılıq yaratmır, Ödün tərkibində öd turşularının qatılığını azaldır.
·          Öd kisəsinin və öd yollarının spazmını aradan qaldırır
·          Öd kisəsində olan durğunluğu aradan qaldırır.
·          Ödün 12 barmaq bağırsağa tökülməsini asanlaşdırır
·          Mədəaltı vəzin sekresiyasını sitmulə edir.
·          Həzmi yaxşılaşdırır.
·          Mədədə xlorid turşusunun sekresiyasını ləngidir.
·          Regenerasiyanı və eroziyaların sağalmasını sürətləndirir

No2 çayın xüsusiyyətləri:
·       MBT-nin peristaltika pozğunluqları, mədə spazmları
·       Qıcıqlanmış bağırsaq sindromu
·       Spazmolitik təsir edir.
·       Spazmolitik və köp əleyhinə təsir göstərir.
·       Həzmi yaxşılaşdırır.
·       Yuxunu normallaşdırır
·       Tez yuxuya getməni asanlaşdırır.
·       Əsəb \ streslə əlaqədər mədə bağırsaq pozğunluqlarının aradan qalxmasına köməklik edir.

Əks göstəriş: Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

İstifadə qaydası: 
12 yaşdan yuxarı uşaqlar və böyüklər gündə
Hər çaydan bir filtir gündə 1-2 dəfə hər dəfə 200 ml (1 stəkan) yeməkdən 45 dəq – 1 saat sonra qəbul etməli
Istifadə müddəti: 20-30 gündür. 
Buraxılış forması: №40 filtr-bağlama. No 2 qutu