STUPAM SPREY
STUPAM
Sprey.
Tərkibi: 30 ml
Xlorheksidin biqlükonat (Chlorhexidine Bigluconate)– 0,05%
Propolis çıxarış (Propolis extract)- 500 mg
Dərman gülümbahar çiçəkləri qatı ekstraktı (Calendulae officinalis
flores dry extract)-300 mg
Aptek Çobanyastığı çiçəkləri qatı ekstraktı (Flores
chamaemillae dry extract) -200 mg
Adaçayı (sürvə) yarpağı ekstraktı (Folium salviae extract) -500 mg
Mixək tumurcuğu ekstraktı (Syzygium aromaticum extract)-150 mg
Darçın qabığı ekstraktı (Cinnamomum zeylanicum extract)-200 mg
Kəklikotu otu ekstraktı (Thymus serpyllum extract)-100 mg
Etil spirti (Ethyl alcohol) -16 %
Qliserin (Glycerinum) - 500 mq
Köməkçi maddələr: natrium benzoat (sodium benzoate), təmizlənmiş su (purified water).
Xüsusiyyətləri: Yuxarı tənəffüs yolları və ağız boşluğunun selikli qişasına antibakterial, antivirus, göbələk əleyhinə təsir göstərir, ağrı, qızartı, şişkinlik kimi iltihab əlamətlərini aradan qaldırır. Selikli qişaların yerli baryer funksiyasını gücləndirir. Qızdırmasalıcı, spazmolitik, regenerasiyaedici təsir göstərərək yaraların sağalmasının sürətlənməsinə köməklik edir. Selikli qişalarda olan ağrı reseptorlarını blokada edir, ağrıkəsici və anestetik təsir göstərir, bakterisid, virus əleyhinə, iltihab əleyhinə və ümumi tonuslandırıcı effekt verir.
İstifadəsinə dair tövsiyyələr:
Kəskin və xroniki tonzillit kompleks müalicəsində. Faringit, laringit, gingivit, qlossit, parodontoz, xoralı stomatitlər – komleks müalicəsində. Ağız boşluğu və boğazın göbələk xəstəliklərinin kompleks müalicəsində
Ağız boşluğu və boğazın gigiyenası.
Əks göstərişlər: Preparatın hər hansı komponentinə qarşı fərdi həssaslıq, 1 yaşa qədər uşaqlar.
İstifadə qaydası: 3-7- yaş gündə 2-3 dəfə; 7 və yuxarı yaş qrupu gündə 3-5 dəfə - 3-5 püskürtmə yeməkdən bir saat sonra istifadə olunur. Preparatın istifadəsindən sonra bir saat ərzində qida və maye qəbulu tövsiyə olunmur. Müalicə müddəti 7-10 gündür.
Ağız boşluğu və boğazın gigiyenası məqsədilə gündə 1-2 dəfə 1-2 püskürtmə istifadə olunur.
Buraxılış forması: 30 ml-lik şüşə flakonda sprey - başlıqla və istifadəsinə dair təlimatla birlikdə karton qablaşdırmada.