KALSILAB

KALSİLAB

Tərkibi: (hər 1 kapsulun tərkibində)
Kalsium sitrat - 300 mq
Vitamin D3 - 10 mkq (400 BV)
Maqnezium sulfat heptahidrat - 130 mq
Vitamin K1 - 30 mkq
 
Farmakoterapevtik qrupu: kalsium və fosfor mübadiləsini tənzimləyən kompleks mineral əlavələr. 
 
Farmakoloji xüsusiyyətləri:
Kalsium sitrat - Orqanizmdə bir sıra toxumanın - sümüklər, dişlər, dırnaqlar, saçlar, əzələlərin əsasını (karkasını) təşkil edir. Kalsium dişlərin mineralizasiyasında vacib rol oynayır, neyronların normal fəaliyyəti üçün əsas elementlərdən biri olmaqla yanaşı, əzələlərin yığılması və qanın laxtalanmasında da iştirak edir.
D3 vitamininin  aktiv transport fəaliyyəti nəticəsində kalsiumun nazik bağırsağın proksimal hissəsindən sürətli sorulması baş verir. D vitamini orqanizmdə immun sisteminin aktiv fəaliiyəti üçün əvəz olunmazdır.
Maqnezium orqanizmin bütün toxumalarının tərkibində olan və hüceyrələrin normal fəaliyyəti üçün lazım olan həyati vacib element olub, maddələr mübadiləsinin əksər reaksiyalarında iştirak edir. Əsasən, sinir impulslarının ötürülməsinin və əzələlərin yığılmasının tənzimlənməsində iştirak edir. 
K1 vitamini, yaxud folloxinon əsasən bitki mənşəli ərzaqlar da rast gəlinir. Ca-un bağırsaqdan sorulub sümük toxumasına çatdırılmasında vacib vitamindir. K1 vitamini qanın laxtalanma prosesini tənzimləyir, qanaxmanı durdurur, yaranın tez sağalmasını təmin edir. 
 
GÖSTƏRİŞLƏRİ:
·        Postmenopauzal və yaşlanma ilə əlaqədar osteoporozların müalicə və profilaktikası;

·        Kalsium və D3 vitamininin çatışmazlığı;

·        Kalsium və D3 vitamininə tələbatın artdığı hallar – hamiləlik və laktasiya dövrü, yeniyetməlik və 2 yaşdan yuxarı yaş dövrü;

·        Sinir-əzələ zəifliyi, xroniki yorğunluq;

VITALAB

Vitalab

Tərkibi: (hər 2 kapsulun tərkibində)
Vitamin A – 2 mq                            Fol turşusu – 800 mkq
Vitamin C – 140 mq                        Kalsium karbonat – 200 mq
Vitamin D3 – 400 BV                     Dəmir fumarat – 100 mq
Vitamin E – 20 mq                          Yod – 100 mkq
Vitamin K1 – 140 mkq                   Maqnezium sulfat – 100 mq
Vitamin B1 – 3 mq                         Sink oksid – 50 mq
Vitamin B2 – 4 mq                         Natrium selenit – 300 mkq
Vitamin B3 – 40 mq                       Mis qlükonat – 6 mq
Vitamin B5 – 10 mq                       Manqan – 6 mq
Vitamin B6 – 4 mq                         Xrom pikolinat – 200 mkq
Vitamin B12 – 4 mkq                     Fosfor – 40 mq
Biotin – 100 mkq
 
Farmakoloji təsir xüsusiyyətləri: vitamin və mineral kompleksi
Tərkib komponentlərinin təsirləri:
Maddələr mübadiləsini normallaşdırır: tərkibində olan vitamin C, K1, B6,  xrom, biotin, manqan, mis, dəmir hüceyrə mübadiləsini və trofikasını yaxşılaşdıraraq toxumanın düzgün inkişafını və regenerasiyanı təmin edir.  
Antioksidant təsir göstərir: tərkibində olan vitamin A, E, C, B5, B12, Fol turşusu, biotin antioksidant təsir göstərərək qocalma proseslərini ləngidir, toxuma və hüceyrələri zərərli ionlardan qoruyur və onun tamlığının pozulmasının qarşısını alır. 
Sinir və əzələ sisteminin trofikasını yaxşılaşdırır: tərkibində olan vitamin B1, B2, B3, B5, B6, B12, Mg, yod, Ca sinir hüceyrələrinə neyrotrop təsir göstərir, sinir-əzələ impulslarını aktivləşdirir, əzələlərin qidalanmasını yaxşılaşdırır və möhkəmləndirir.  
İmmun sistemini möhkəmləndirir: tərkibində olan vitamin D3, B1, B3, C, Zn, Ca, Fe, P, Na, yod immun sistemini virus və bakterial infeksiyaya qarşı olan müdafiəsini artırır. İmmun hüceyrələrin sintezini və qana ifrazını sürətləndirir.                       
Vitamin və mineral defisitini aradan qaldırır: orqanizmin normal fəaliyyəti üçün tələb olunan vitamin, mineral (makro və mikroelemetlər) kompleksinə malik zəngin tərkibli unikal kompleks olub, həm gündəlik təlabatı ödəyir, həm də defisiti aradan qaldırır.
 
İstifadəsinə göstərişlər:
-        Vitamin və mineral defisiti zamanı (balanslaşdırırlmamış pəhzirə riayət olunarsa, monoton qidalanması olan şəxslər, xroniki mədə-bağırsaq xəstəliyi olan şəxslər və s.)
-        Xroniki yorğunluq sindromu (stress, zühni və fiziki gərginlik yükləməsi olan şəxslər)
-        Tez-tez xəstələnən şəxslər (immuniteti zəif olanlar, şəkərli diabet və digər xroniki xəstəliyi olan şəxslər)
-        Yeniyetməlik dövrü (aktiv fiziki inkişaf dövrü)
-        İdmançılar (aktiv fiziki yüklənmə səbəbində)
 

SEDOMER

SEDOMER

Tərkibi: (hər 2 kapsulun tərkibində)
Qonaq otu ekstraktı (Passiflora) – 260 mq
Yemişan meyvəsinin ekstraktı – 200 mq
Maqnezium laktat – 300 mq
Vitamin B6 – 10 mq
Mayaotu gülünün ekstraktı (Humulus) – 100 mq
Melatonin – 2 mq
 
Farmakoloji təsir xüsusiyyətləri: Sedativ, yuxugətirici vasitə
Tərkib komponentlərinin təsirləri:
Passiflora ekstraktı (Qonaqotu çiçəklərinin quru ekstraktı) – tərkibindəki zəngin flavonoid və alkaloidlərin hesabına sinir sisteminə yumşaq sakitləşdirici təsir göstərərək  əsəb, gərginlik, tonusu, saya əzələlərində yaranmış spazmı aradan qaldırır, yuxunu bərpa edir.
Yemişan meyvəsinin ekstraktı – arterial təzyiqi endirir, MSS-nə sakitləşdirici təsir göstərir, immun sistemini möhkəmləndirir, yüngül sidik qovucu təsirə malikdir. 
Maqnezium laktat - sedativ, qıcolma əleyhinə və hipotenziv xüsusiyyətlərə malikdir. Spazmı effektiv olaraq aradan qaldırır. İmmuniteti möhkəmləndirir, orqanizmin müdafiə reaksiyanını artırır. Maqnezium sinir-əzələ keçiriciliyini requlə edir, aşağı sıxlıqlı lipoproteidlərin miqdarını azaldır, böyrəklərdə daşların yaranmasının qarşısını alır.
Vitamin B6 - Vitamin B6 (piridoksin) bir sıra metabolik proseslərdə, sinir sisteminin metabolizminin tənzimlənməsində istirak edir. Maqneziumun mədə-bağırsaq traktından sorulmasının və onun hüceyrələrə daxil olmasının yaxşılaşmasına səbəb olur. 
Mayaotu gülünün ekstraktı (Humulus) - sedativ  təsirə malikdir. İştahanı requlə edir, yüngül sidikqovucu təsir etməklə, sidik-ifrazat sisteminin funksiyasını yaxşılaşdırır. Toksinləri orqanizmdən xaric edir.  
Melatonin - epifiz vəzidən ifraz olunan «yuxu hormonudur». Bir sıra faktorların təsirindən melatonin  sintezi pozulur ki, bu zaman onun kənardan verilməsinin vacibliyi duyulur. Melatoninin qanda balansı stabilləşən zaman, fizioloji yuxunu bərpa edir. Melatonin «xoşbəxtlik hormonu olan seratoninin sintezini aktivləşdirir, sistolik təzyiqi azaldır, hüceyrələrin tam bərpa olmasına şərait yaradır və antioksidant, şişəleyhinə, immunostimulyator, antistress kimi təsirlərə malikdir.
       
      İstifadəsinə göstərişlər:
  •   müxtəlif mənşəli emosional gərginlik və stress vəziyyəti;
  •   müxtəlif mənşəli yuxu pozuntuları;
  •   nevrasteniya, nevroz, həyacan, qorxu, yorğunluq, dağınıqlıq kimi əlamətlərlə müşahidə olunan nevrotik reaksiyalar;
  •   sinir gərginliyi ilə müşayət olunan baş ağrıları, miqren;
  •   aybaşı önü (predmenstrual) və menopauza dövrü;
  •   xroniki yorğunluq sindromu; 
  •   sinir sistemini oyanıqlığı;
 

İNFERLAB №2

       

İNFERLAB №2

                                                                                           
Tərkib: hər 1 kapsulun tərkibində,
 
Sink qlükonat – 175 mq
Selen – 125 mkq
Levo-karnitin tartrat – 300 mq
Kversetin – 20 mq
Vitamin E – 40 mq
 
Təsir mexanizmi:
İNFERLAB-ın tərkibində, kişi sonsuzluğu probleminin müalicəsi zamanı spermanın keyfiyyətini, sürətini, aktivliyini və sayını artırmaq məqsədi ilə geniş miqyasda istifadə olunan, amin turşular, mikroelementlər, mineral və vitaminlər vardır. Bu kompleks birləşmə, kişi sonsuzluq probleminin müalicəsi zamanı spermatogenezi sürətləndirir, spermanın keyfiyyətini, sayını və hərəkətliliyini artırır. 
Farmakoloji təsirləri:
Sink qlukonat – kişi orqanizminin balansını kontrolda saxlayır, testesteronun səviyyəsini normallaşdırır, vitamin E-nin mənimsənilməsini təmin edir, spermatozoidlərin yetişib tam formalaşmasında böyük rol oynayır;
Selen – fertilliyi artırır, reproduktiv funksiyaya müsbət təsir göstərir, spermatozoidlərin yetişməsində böyük rol oynayır;
Levo-karnitin – metabolitik, antihipoksik, antitireoid təsirlərə malikdir, regenerasiyanı sürətləndirir, enerji mübadiləsini kontrol edərək mitoxondrlərin fəaliyyəti aktivləşdirir, spermatozoidlərin böyüməsini təmin edir;
Kversetin – kapilyar qan qidalanmasını aktivləşdirir, kapilyar keçiriciliyini azaldır, toxuma qidalanmasını normallaşdırır, spermatozoidlərin yetişməsini təmin edir,  antioksidant xüsusiyyətlər malikdir. 
Vitamin E – ionoprotektor, proliferativ prosesləri sürətləndirən, spermatozoidlərin böyüməsi prosesini aktivləşdirən, toxuma tənəffüsünü yaxşılaşdırmaq kimi xüsusiyyətlərə malikdir.  

İstifadəsinə göstərişlər:
-                  Spermatozoidlərin morfologiyasını və spermatogenezi normallaşdırmaq;

-                  Sonsuzluğun müalicəsində kompleks terapiyası;





İNFERVİT №2

 
İNFERVİT  №2 KAPSUL
                                                                                         
Tərkibi: hər 2 kapsulun tərkibində,
 L-arginin                - 500 mq                      Alfa lipoy turşusu  - 20 mq
 L-karnitin               - 350 mq                      Vitamin A              - 360 mq
 Koenzim Q10         - 50 mq                        Vitamin E               - 40 mq
 Likopen                  -  5 mq                         Glütation                - 50 mq
 
Təsir mexanizmi:
Farmakoloji təsir: İNFERVİT -in tərkibi kişi potensiyasını artıran, kiçik çanaq orqanlarının qan qidalanmasını təmin edən, mikro və makro elementlərə olan təlabatı təmin edən, libidonu artıran, cinsi hormonların sintezini tənzimləyən amin turşu, vitamin və mineral kompleksindən ibarətidir.  
 
İNFERVİT –tərkibinin təsir xüsusiyyətləri:
L-Arginin– ürək-damar sisteminin funksiyasını normallaşdırır, arterial təzyiqi tənzimləyir, saya və eninəzolaqlı əzələlərin qidalanmasını normallaşdırır, kişilərdə erektil funksiyanı aktivləşdirir, cinsi istəyi artırır, spermatozoidlərin fəaliyyətini aktivləşdirir. 
Levo-karnitin – metabolitik, antihipoksik, antitireoid təsirlərə malikdir, regenerasiyanı sürətləndirir, enerji mübadiləsini kontrol edərək mitoxondrlərin fəaliyyəti aktivləşdirir, spermatozoidlərin böyüməsini təmin edir;
Koenzym Q10: cavan orqanizm sutkaya 300 mq koenzym Q10 ifraz edə bilir. Lakin 30 yaşdan sonra yaş artdıqca bunun orqanizmdə sintezi təxminən 2 dəfəyədək azalır. Koenzym Q10 ürək əzələlərini möhkəmləndirir, cavanlıq və gözəlliyi qoruyur, qocalma proseslərini ləngidir, sərbəst radikalları neytrallaşdırır, hüceyrələrin enerji təlabatının təmin edir. 
Likopin – Karotinoidlərə aiddir. İnsan orqanizmində sintez olunmur, yalnız qida və ya qida əlavəsi vasitəsi ilə orqanizmə daxil olur. Əsas funksiyası – antioksidant effekt verməsindən ibarətdir. Oksidləşmə stresini azaltmaqla aterosklerotik prosesləri ləngidir, eyni zamanda DNT-i qoruyaraq, onkogenezin qarşısını alır. 
Alfa-Lipoy turşusu – aktioksidant, hepatoprotektor və hipolipidemik təsirlərə malikdirlər. Mitoxondrdə gedən maddələr mübadiləsində iştirak edir, hüceyrəni sərbəst radikalların mənfi təsirindən qoruyur.
Vitamin A – orqanizmdə bir sıra fermentlərin sintezini aktivləşdirmək üçün vacibdir. Cinsi hormonların, İg A, lizosim fermentlərinin sintezi üçün əvəz olunmazdır. Torlu qişada çöp hüceyrələrinin rodopsin sintezini aktivləşdirir. (bu alatoranlıqda görməni təmin edən fermentdir)
Vitamin E – ionoprotektor, proliferativ prosesləri sürətləndirən, spermatozoidlərin böyüməsi prosesini aktivləşdirən, toxuma tənəffüsünü yaxşılaşdırmaq kimi xüsusiyyətlərə malikdir.  
Qlütation – Tripeptid sulfhidrit qrupundan ibarət olub, 3 amin turşunu – L-qlütamin, L-sistein və qlisin birləşməsindən ibarətdir. Orqanizmin hüceyrələrinin müdafiəsini təmin edir, güclü antioksidantdır. Qlütation hüceyrə membranının stabilliyini yaxşılaşdırır, qaraciyər fermentlərinin aktivliyini artırır, orqanizmi detoksikasiya edir, sərbəst radikalları neytrallaşdırır və qaraciyər hüceyrələrinin bərpa prosesini aktivləşdirir. 
 
İstifadəsinə göstərişlər:
•        Cinsi zəiflik, impotensiya, tez boşalma, zəif ereksiya zamanı;
•        Oksidant stres nəticəsində fertilliyin azalmasını aradan qaldırmaq məqsədi ilə;
•        Varikosel əməliyyatından sonra spermatogenezin bərpası üçün;
•        Sonsuzluğun müalicəsində kompleks təyinat zamanı (oliqo-, azospermiya);
 
Yan təsirləri: qeyd olunmur.
 
Əks göstərişlər: tərkibində olan hər hansı bir komponentə qarşı hiperhəssaslıq qeyd olunarsa.
 
İstifadə qaydası:
Böyüklərdə 1 kapsul gündə 2 dəfə daxilə qəbul olunur. 
Kurs müalicə 1-2 ay fasiləsiz.
 
Buraxılış forması: kapsul №60