Şirkətimiz Haqqinda

“FİTO LAB” – Şirkətimiz sektorun öncül qurumlarından olub, sizin və doğmalarınızın sağlamlığı üçü çalışan bioloji fəallığa malik qida əlavələri, kosmetik məhsullar, bitki mənşəli çaylar, gigiyenik vasitələr (sprey, qarqara və s.) və s. istehsalı sahəsində ən üst texnologiya və mütəxəssislərdən ibarət sistemə sahibdir.

 

“FİTO LAB” yüksək səviyyəli xidməti və texnologiyası ilə hazırlanan ən doğru məhsullarını, ən keyfiyyətli şəkildə anbarlarına çatdırmaq üçün hər gün özünü, anbarını və avadanlıq təminatını inkişaf etdirməkdədir. Hər keçən gün “FİTO LAB” Azərbaycanın ən böyük istehsalçısı olmaq yolunda çalışmalarına davam etdirməkdədir.  İstehsal müəssisəmiz Azərbaycan Respulikasının Səhiyyə Nazirliyinin gigiyenik sertifikatına, İSO 22000,  GMP beynəlxalq sertifaktalrına layiq görülmüş və öz stehsalını əldə olunan sertifikatların tələblərinə uyğun davam etdirməkdədir. FİTO LAB AZƏRBAYCANDA ilk dəfə GMP sertifikatına layiq görülmüş müəssisə olmağının qürurunu yaşamaqdadır.

 

GMP haqqında: Mənası “Yaxşı İstehsalat Təcrübəsi” deməkdir. Ümumiyyətlə, qida və əczaçılıq sektoru təşkilatlarının direktivlərə uyğun olması üçün hazırlanmış bir tətbiqdir. GMP tətbiqlər, eyni məhsulun risk faktorlarını yüksək keyfiyyətli nəzərə alaraq minimum şərtlərdə ən yaxşı məhsul istehsal etməyə yönəldilmişdir.

GMP qaydaları, məsələn, bir qida məhsulunun insan istehlakı üçün təhlükəsizliyini təmin edən təlimatlardır. Halhazırda, bir çox ölkələr GMP təcrübələrini öz qanunvericiliklərinə daxil edirlər. Bunlar qida məhsulunun gigiyena və sanitariya qaydalarına və qanuni tələblərə uyğunluğunu təmin edən reseptlərdir. Bunlar məhsulun girişindən qida sektorunda son məhsulun çatdırılmasına qədər bütün proseslərin tam şəkildə həyata keçirilməsinə yönəlmiş meyarlardır. İstehsal sahəsindəki keyfiyyəti hədəfləyir və istehsalda çalışan işçilərin məlumatlılıq səviyyələrini artırır.

 

GMP meyarları əsas başlıqlar daxilində təşkilatlardakı bütün şöbələri qiymətləndirir. Hər şöbənin bənzərsiz vəziyyətlərini qiymətləndirir və sektorun perspektivini təmin edir. İstehsal sahəsinə, ətraf mühitin vəziyyətinə, istehsalda istifadə olunan maddi avadanlıqlara, göndərilmə və saxlanma sahəsindəki çirklənmə risklərinə diqqət yetirən reseptlər toplusudur.

 

GMP-nin ümumi prinsipləri nələrdir?

» İstehsal sahəsinin təmizliyi və gigiyenası;

» Qidanı insan sağlamlığını pisləşdirə biləcək və ya məhsulun saflığını itirə biləcək maddələrdən və  çirklənmədən qoruyan ətraf mühit şəraitinin yaradılması;

» İstehsal proseslərinin dəqiq müəyyənləşdirilməsi;

» Bütün kritik proseslərin etibarlılığını və uyğunluğunu təmin etmək;

» İstehsal proseslərini davamlı olaraq idarə etmək və yeniləmək;

» Aydın təlimat və prosedurlar;

» Əməliyyat fəaliyyətini həyata keçirən personalın lazımi hazırlığına sahib olmaq;

» Çarpaz çirklənmə risklərinə qarşı etiket sistemindən istifadə və s.

Yaxşı İstehsalat Təcrübələri (GMP) keyfiyyətli bir qida məhsulu istehsal etmək üçün tövsiyə olunan standartdır.

GMP qaydaları və prinsipləri nəzəri motivlərin tətbiq olunan standartı deyildir. Əksinə, bu qaydalar istehsal və saxlanma da daxil olmaqla, hər bir prosesdə ayrıca istehsal təşkilatlarına çevik tətbiqetmələr təqdim edir.

 

Sizin üçün nə edə bilərik?

Nam liber tempor cum soluta nobis eleifend option.

Congue nihil imperdiet doming id quod mazim placerat facer possim assum. Typi non habent claritatem insitam est usus legentis in iis qui facit eorum claritatem. Investigationes demonstraverunt lectores legere me.

Claritas est etiam processus dynamicus, qui sequitur mutationem consuetudium lectorum.